Bakı. Trend:
Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda
keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, yığmamıza ikinci mükafatı Alfonso Dominqes
qazandırıb.
92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni
dayandırdığından 3-cü yeri tutub.
Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala
yiyələnib.




























