Advertisement

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

Bakı. Trend:

“Voyager 1” kosmik zondu 5 aydan sonra Yerə keyfiyyətli siqnal
göndərib.

Trend-in
məlumatına görə, noyabrdan zond Yerə keyfiyyətli siqnal
göndərmirdi. Buna görə də cihazın texniki vəziyyəti barədə məlumat
almaq mümkün deyildi. Hazırda yerdən 24 milyard kilometr məsafədə
olan cihazın göndərdiyi son siqnalları emal edərək onun vəziyyəti
barədə məlumat almaq mümkün olub.

NASA mütəxəssisləri 46 il əvvəl buraxılmış zonda müvafiq əmrlər
yollayıblar və normal iş rejimi bərpa olunub.

Qeyd edək ki, 1977-ci ildə buraxılmış “Voyager 1” və “Voyager 2”
zondları ulduzlararası boşluqda hərəkət edir. Yerdən təxminən 24
milyard kilometr məsafədə yerləşən cihazlara siqnalın göndərilməsi
və qəbul edilməsi təxminən 2 ay çəkir. Onlar bəşər övladının
hazırladığı günəş sistemini tərk etmiş ilk kosmik avadanlıqdır.