Bakı. Trend:
Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Ədən
körfəzindəki “MSC Darwin” gəmisinə hücum etdiyini deyib.
Trend-in
məlumatına görə, bu açıqlama ilə husilərin hərbi nümayəndəsi Yəhya
Səriya çıxış edib.
“Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri Ədən körfəzində
İsrailə məxsus “MSC Darwin” gəmisinə raket və pilotsuz uçuş
aparatları ilə hücum edib, əməliyyat məqsədlərinə uğurla çatıb”, –
deyə Y.Səiyanın “Telegram” kanalında bildirilib.
Husilər həmçinin “Qırmızı dəniz, Ərəb dənizi və Hind okeanında
İsrail gəmiçiliyini pozmaq üçün hərbi əməliyyatlarını davam
etdirəcəklərini” təsdiqləyiblər.




























