Advertisement

30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır – Füzuliyə qayıdan sakin

Bakı. Trend:

30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır,
vətənimizə geri dönürük.

Bunu Trend
Füzuliyə qayıdan sakin Ağa Abdullayev deyib.

O qeyd edib ki, Füzulini tərk etdiyimiz günlər bizim üçün çox
ağır idi.

“30 ildə Vətən həsrəti ilə yaşamışam, əziyyətli günlərimiz çox
olub. O günləri yada salmaq istəmirəm. Allaha şükürlər olsun ki, bu
həsrət sona çatdı və biz artıq doğma kəndimizə qayıdırıq, gələcəyə
baxırıq. Mən cənab Prezidentimiz İlham Əliyevə can sağlığı arzu
edirəm, Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm.
Onlar bizə bu sevinci yaşatdı, bizi doğma yurdumuza qaytardı”, –
deyə o əlavə edib.