Advertisement

Zaqatala sakini pomidor turşusundan zəhərləndi – Xəstəxanada vəfat etdi

Bakı. Trend:

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Ramazanov
Murad Ramazan oğlu “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə
Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil
olub.

Baş Prokurorluqdan Trend
verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat
23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya
şöbəsində vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor
turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya
müraciət edib.

Araşdırma aparılır.