
Bakı. Trend:
Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.
Baş Prokurorluqdan Trend-ə
verilən məlumata görə, hadisə aprelin 25-i saat 18 radələrində
qeydə alınıb.
Belə ki, Məmmədzadə Şaiq İlham oğlu idarə etdiyi “VAZ 21104”
markalı minik avtomobili ilə Tərtər şəhəri E.Hüseynov küçəsi
ərazisindən keçən asfalt yolda hərəkətdə olarkən eyni istiqamətdə
qarşıda hərəkət edərək sola dönən Rzayev İlham Mustafa oğlunun
idarə etdiyi “QAZ 32213” markalı mikroavtobus ilə toqquşub.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda
olan sərnişinlər Çələbiyeva Təranə Qamil qızı, Quliyeva Dilarə
Məhərrəm qızı, Əliyeva Gülnarə Eldar qızı və Əlizadə Lalə Vüqar
qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Tərtər RPŞ-nin İQ-da araşdırma aparılır.

























