
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bərdədə 45 yaşlı kişi 23 yaşlı qız
qaçırıb. Daha sonra 45 yaşlı kişi tərəfindən
qaçırılan 23 yaşlı qız tapılıb.
Baş Prokurorluqdan Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, 22.04.2024-cü il tarixdə saat
08 radələrində Bərdə rayonu Uğurbəyli kəndində yaşayan 1982-ci il
təvəllüdlü Rzazadə Fərhad Zakir oğlu həmkəndlisi 2001-ci il
təvəllüdlü Abdullayeva Sevinc İlqar qızını Bərdə rayonu Uğurbəyli
kəndindən ailə qurmaq məqsədi ilə iradəsinə zidd olaraq zorla
qaçırıb Tərtər rayonuna oradan isə Bakı şəhərinə aparıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır.





























