
Avropa Parlamentində Azərbaycana qarşı çox sərt
qətnamə qəbul olunub. 474 avropalı deputat sənədin lehinə, 4 nəfər
əleyhinə səs verib, 51 nəfər bitərəf qalıb.
Qətnamədə iqtisadçı və müxalifətçi Qubad İbadoğluna qarşı
qaldırılmış cinayət işinin ləğvi, onun ev dustaqlığından azad
edilməsi tələb olunur.
Habelə şüquq müdafiəçisi İlhamiz Quliyevin və Avropa
Parlamentinin “siyasi məhbus” adlandırdığı 300-dən artıq şəcsin
dərhal azadlığa buraxılması istənilir.
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) bu ilin
yanvarın 25-də Azərbaycanın bu strukturdakı nümayəndə heyətinin
səlahiyyətlərini təsdiqləməməsi və nəticədə nümayəndə heyətimizin
qərarla bağlı səsvermə başa çatmamış AŞPA-nı tərk etməsini Avropa
Parlamenti “diqqətə alıb”.
Qətnamədə “Toplum”, “AbzasMedia”, “Kanal 13” və digər müxalif
yönlü medianın fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının
araşdırmalarına son qoyulması, bu strukturların həbs edilmiş
mənsublarının dərhal buraxılması istənilir.
Eyni zamanda, Avropa Komissiyasına çağırış edilərək energetika
sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji
tərəfdaşlığın dayandırılması, Azərbaycanın bir sıra vəzifəli
şəxslərinə qarşı cəza sanksiyalarının tətbiq olunması “məsləhət”
bilinir.
Beləliklə, Azərbaycana qarşı təzyiq cəhdləri artır, Bakı sərt
pressinq vəziyyəti ilə üzləşməyə vadar olunur.
Gəlin, bəsit sualı səsləndirək: Avropa Parlamentinin məqsədi
nədir və nə üçün bu strukturda sürəkli olaraq Azərbaycan hədəfə
alınır?
İkili standartlar, seçkili yanaşma, qərəzli mövqe və s. kimi
məqamları sadalaya bilərik və haqlı olarıq, çünki Avroparlamentin
ölkəmizə qarşı tutuduğu mövqe sözüjedən təşkilata üzv olan
dövlətlərin total əksəriyyətinə Strasburq münasibətlərində hansısa
formada təzahür etmir.
Azərbaycanda sözsüz ki, probelmlər var və onların həlli labüd,
vacid və qaçılmazdır.
Həmin problemləri rəsmi Bakı da etiraf edib, edir və həll
prosesini Avropa Şurası, AŞPA, Avropa İttifaqı və s. panavropa
təşkilatları, habelə müvafiq beynəlxalq strukturlarla birlikdə
həyata keçirmək istəyir.
Həll prosesi tərəfdaşlıq və əməkdaşlıq məcrasında olaraq əsassız
ittihamları, qərəzli yanaşmanı, seqreqasiya siyasətini, ikili
standartları birmənalı olaraq istisna etməlidir.
Təzyiq mexanizmləri qismində konkret qanunazidd əməllərinə görə
hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, Azərbaycanın mövcud
qanunvericiliyini pozmaları barədə haqlarında yetərincə dəlillər və
sübutlar olan insanları qəsdən “haqsız təqib edilən şəxslər” kimi
qələmə vermək yumşaq desək, məntiqdən kənardır.
“Siyasi məhbus” aberrasiyalarından zərbə vasitəsi kimi
yararlanmaq niyyətlərinin nə qədər fəsadlı və mənasız olduğunu
Avropanın siyasi təcrübəsində dəfələrlə sübuta yetirilmiş fakt
saymaq olardı.
Azərbaycanla münasibətlərdə bütün hədlər keçilir, rasional
yanaşma və praqmat düşüncə birmənalı olaraq rədd edilir.
Reallıq tamam başqadır və o, yetərincə, hətta ifrat dərəcədə
sadədir: Avropa Parlamentindəki deputatların tam əksəriyyətinin
Cənubi Qafqazdakı dövlətərlə xalqların maraqları, mənafeləri,
regiondakı mövcud durum eyinlərinə deyil.
Azərbaycana qarşı sürəkli ittihamlar irəli sürülür, lakin qonşu
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili hələ də uydurma
ittihamlarla həbsdəir.
Ermənistanda 820 nəfər (!) ən müxtəlif bəhanələrlə həbs olunub
və onların yeganə günahı siyasi mövqeləridir.
Belədirsə, onda Ermənistana və ya Gürcüstana qarşı niyə
sanksiyalar tətbiq olunmur?
Ermənistandan və Qarabağdakı evlərindən qovulan, vəhşi
işgəncələrə məruz qalan azərbaycanlılar qaçqınlıqla məcburi
köçkünlük həyatını yaşamaq məcburiyyətində qaldıqları 30 il (!)
ərzində Avropa Parlamenti onlarla bağlı bir qətnamə, qərar və ya
hər hansı formatda sənəd qəbul edibmi?
Yox.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal
edildiyi 30 il ərzində Avropa Parlamenti aqressor İrəvan rejimin
ilə bağlı dalbadal, ard-arda bəyannamələr, qətnamələr və qərarlar
qəbul etmişdimi, Ermənistanı sanksiyalarla hədələmişdimi, Avropa
İttifaqını və Avropa Komissiyasını İrəvanla əlaqələri kəsməyə
çağırmışdımı?
Yenə də yox.
Bəhs etdiyimiz strukturun isterikasının vəsiləsi 44 günlük
İkinci Qarabağ Müharibəsini ölkəmizin və xalqımızın tam qələbə ilə
başa vurması, Ermənistanı kapitulyasiyaya vadar etməsi, Cənubi
Qafqaz bölgəsindəki geosiyasi reallıqları dəyişməsi və yeni
situasiya formalaşdırmasıdır.
Ötən ilin sentyabrında Xankəndindəki separatçı rejim ləğv
olandan sonra isə Avropa Parlamenti ümumiyyətlə, çılğın mövqe
tutaraq diplomatik etiketlə siyasi davranış qaydalarını
ümumiyyətlə, bir kənara atdı.
“Siyasi məhbus” problematikasının süni olduğu aydındır. Söz yox,
Azərbaycanın məhkəmə sistemi Avropa İttifaqının istənilən
dövlətində və ya dünyanın hər hansı ölkəsində olduğu kimidir. Yəni
ideal deyil. ABŞ-da, Yaponiyada, Kanadada və ya Hollandiyada
illərlə həbsdə olmuş şəxs sonradan günahsız sayılıb: bununla bağlı
yüzlərlə, minlərlə fakt və presedent mövcuddur.
Azərbaycanda məhkəmə-ədliyyə sisteminin Qərbi Avropa
səviyyəsində olmasını istəyirlərsə, buyursunlar, əməkdaşlığa,
tərəfdaşlığa, tam şəffaf və transparent şəkildə fəaliyyətə
hazırıq.
Hansısa media strukturunun əməkdaşlarına qarşı “haqsızlıq”
edildiyindən bəhs edirlərsə – nümayəndə heyətini və ekspetlər
qrupunu yollayıb ibtidai istintaqın materiaları ilə tanış ola
bilərlər. İstəsələr, görə bilərlər ki, özlərini “müstəqil”
adlandıran beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə daxildən
təzyiq etmək, cəmiyyətdə kütləvi narazılıq yaratmaq, radikal
müxalifəti etiraz aksiyalarına hazırlamaq, sadəcə hakimiyyət
mənsublarına qarış yönəlmiş “araşdırmalar”ı azad jurnalistika kimi
qələmə verməklə əslində alınan sifarişlərin icrası ilə məşğul olmaq
və s. əməllərlə qanunu necə pozublar, yüz minlərlə dollar vəsaiti
necə Azərbaycana keçiriblər və “icraçılar” arasında
paylayıblar.
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa
gəldikdə isə, lütfən, bu məsələ ilə bizi qorxutmağa, hədələməyə
çalışmasınlar.
Sinqapur, Meksika, Argentina, Çili, Birləşmiş Ərəb Əmirlikləri,
Küveyt, Qətər, Tayvan və ya Cənubi Koreya kimi dövlətlər Aİ ilə
strateji tərəfdaşlıq etmirlər, amma “nədənsə” özlərini natamam hiss
etmirlər.
Qətər, Tunis, Əlcəzair, İraq Aİ ölkələrinə təbii qaz satır,
lakin həmin dövlətlərlə bağlı Avropa Parlamenti indiyədək bir dəfə
olsun, hansısa sənəd qəbul edərək hədəf seçməyib.
Halbuki sadaladığımız ölkələrdə seçkilər, insan haqları, söz və
ifadə azadlığı ilə bağlı çox ciddi problemlər var. Di gəl, Avropa
Parlamenti bunu görmür və görmək də istəmir, çünki merkantil
maraqlarının tələbatı başqadır.
Qərb kollektiv şəkildə Rusiyaya qarşı ən ağır sanksiyalar
paketlərini qəbul edib, sayı 11 mini keçmiş embarqolara əl atıb.
Amma elə həmin Qərb dolayı yollarla, kuluar sövdələşmələr
vasitəsilə Rusiyadan xam neft, təbii qaz, daş kömür, metallar,
taxta-şalban və s. almağa davam etməklə yanaşı, alış həcmlərini
sürəkli artırır.
Hədəfdə isə Azərbaycandır.
Bilirsinizmi, niyə?
Çünki Azərbaycan sülh sazişinin imzalanmasına, şərti dövlət
sərhədinin demarkasiyası və delimitasiyasına nail olmaq üççün
Ermənistanla vasitəçilərsiz, birbaşa danışıqlar apararaq konkret
nəticələr əldə etməkdədir.
Çünki Azərbaycan Avropadan “müdrik göstəriş”lər almadan,
“bilavasitə vasitəçilik və moderatorluq iştirakı” olmadan Cənubi
Qafqazda sülhlə stabilliyin bərqərarına çalışır.
Çünki Avropa Parlamentinin əsl məqsədi bölgəmizdə sülhlə inkişaf
yox, Azərbaycanla Ermənistanın fasiləsiz qarşıdurmada, maksimal
gərginlikdə olmasına və imkan yaranarsa, hərbi əməliyyatların
başlanmasına nail olmaqdır.
Ən nəhayət, çünki ABŞ-ın Ermənistanı kontrolda saxlamaq, Rusiya
və İranın İrəvana təsir mexanizmlərini zəiflədərək minimallaşdırmaq
cəhdlərininr artdığını görən Avropa Parlamenti Bakını hədəfə
almaqla İrəvanı dəstəklədiyini göstərmək, bununla da Avropa
İttifaqının Ermənistandakı mövqelərini möhkəmləndirmək istəyir.
… Avropa Parlamentinin ölkəmizlə bağlı qətnaməsi əslində
Avropanın bölgəmiz və ümumiyyətlə, postsovet məkanı ilə bağlı
geosiyasi qərarlar potensialının tükənməkdə olduğunu göstərir.
Bunun isə bir adı var – siyasi parazitizm, risklərlə gərginliyin
artırılması və idiotik təzyiq cəhdləri hesabına destruktiv davranış
göstərərək məqsədə çatmaq istəyi.
Siyasi parazitizmin bariz nümunəsi olan, Cənubi Qafqazda onillər
boyu vəziyyətin gərgin qalmasında maraqlı olaraq bu ağır
vəziyyətdən qidalanan Fransanın taktikasını Avropa Parlamenti
təkrarlayır.
Bu qüvvələrə güclü və stabil Cənubi Qafqaz yox, bölgə
dövlətlərin zəiflədiyi, dialoqa qapalı qalan, münaqişələrdə olduğu
region lazımdır ki, resursları sözün fiziki və məcazi mənasında
sümürsünlər.
Avropa Parlamentinin maskaları kimi…





























