
Bakı. Trend:
Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa
bazarlarına nəql ediləcək resurslarımız var.
Trend xəbər verir ki, bu
sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin
26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində çıxışında söyləyib.
2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq
sazişinin imzalandığını xatırladan dövlətimizin başçısı bildirib
ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz
təchizatımız artır.





























