
Bakı. Trend:
Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını
yüksək qiymətləndiririk.
Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə
birgə mətbuat konfransında deyib.
Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın
xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini
xatırladan dövlətimizin başçısı bildirib: “Növbəti görüş
Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin
imzalanmasına doğru biz əlavə addımlar atırıq”.





























