
Berlin. Trend:
Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilir.
Trend xəbər
verir ki, aksiyada 150 nəfərədək iştirakçı, Almaniyada yaşayan
azərbaycanlılar toplaşıb.
Onlar müxtəlif şüarlar səsləndirirlər və plakatlarla çıxış
edirlər. Berlinin mərkəzində, Brandenburq qapısında keçirilən
aksiyada Azərbaycanın klassik musiqiləri səsləndirilir.
Sözügedən aksiyanın məqsədi Azərbaycana həmrəylik
göstərməkdir.





























