Advertisement

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək

Bakı. Trend:

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız
üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda)
aktual qrafik təsviri təsdiq edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar
imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri
(dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da
hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə)
barədə məlumatları dövlət torpaq kadastrına daxil etməli və həmin
torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınmasını təmin etməlidir.