Advertisement

Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb – Xanlar Vəliyev

Bakı. Trend:

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni
dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz,
özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd
cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Trend xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli
şəxslərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında
deyib.

Hərbi prokuror Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət
hadisələrinin, o cümlədən, bu qəbildən olan cinayətlərin qarşısının
alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla
birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.