Advertisement

Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub

Bakı. Trend:

Ermənistan Milli Yığıncağına parlamentin spikeri Alen Simonyanın
son açıqlamaları ilə bağlı Rusiya Federasiya Şurasından sorğu daxil
olub.

Trend-in
xəbərinə görə, bu barədə Simonyanın mətbuat katibi Nelli Qulyan
yerli KİV-ə məlumat verib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan
aprelin 22-də Aİ ölkələrinin parlament sədrlərinin iclasında
çıxışında Rusiyanı Ermənistana qarşı “təhdid və dezinformasiya
kampaniyaları” təşkil etməkdə ittiham edib və Ukraynaya müdaxilə
etdiyini bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko
senatorlara Simonyanın Rusiya əleyhinə bəyanatları ilə əlaqədar
olaraq İrəvana sorğu göndərməyi tapşırıb.

“Biz bu cür rusofob çıxışları diqqətdən kənarda qoya bilmərik və
ümid edirik ki, parlament öz spikerindən Ermənistanın adından bu
cür passajlarla çıxış etmək haqqını ona kimin verdiyini soruşar və
məsələni qiymətləndirər”, – Matvienko deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun