
Bakı. Trend:
22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın
təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə
Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin Vaşinqton
şəhərində ilk işgüzar səfər baş tutub.
Səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ
Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi
(OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda
ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir.
Növbəti hissədəki görüş Amerika Banklar Assosiasiyasının
(Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə
olmuşdur.
Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə
təşkil olunan səfərdə Assosiasiya tərəfindən “Amerika bankları ilə
müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə
qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni
intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi,
komplayns və s. mövzularda müzakirələr aparılmış, suallar
cavablandırılmış, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və
birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi
vuğulanmışdır.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28
xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet
Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı
Mərkəzi ilə müştərilərin xidmətindədir.



























