
Bakı. Trend:
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, 25
aprel tarixində baş tutan mətbuat konfransında yeni brend kimliyini
elan edib. “Bakcell”in dəyişən dünyanın tələblərinə uyğun
rebrendinq tədbiri dünən axşam Bulvardakı innovasiyalarla dolu
konsertlə davam edib.
Azərbaycanın telekommunikasiya sahəsi üçün innovasiya və həyəcan
dolu bir gündə Bakcell, Röya, Miri Yusif, Tünzalə Ağayeva, Murad
Arif, Hüsniyyə Məhərrəmova kimi tanınmış simaların iştirakı ilə
tamaşaçılara möhtəşəm şou sərgiləyib. Tədbirin ən maraqlı
məqamlarından biri də Bakcell-in mətbuat konfransında açıqladığı
süni intellekt dəstəkli humanoid robot Ardinin Murad Ariflə duet
oxuması olub.
10 000-lərlə tamaşaçının olduğu tədbirdə gecə boyunca
müsabiqələr təşkil edən Bakcell, iPhone 15 Pro Max və digər dəyərli
hədiyyələri qaliblərə yerindəcə təqdim edib. Gecənin sonunda isə
Bakcell-in vəd etdiyi 100 000 GB hədiyyə bütün Bulvara
paylanılıb.
Qeyd edək ki, şirkətin Baş İcraçı Direktoru Klaus Müller mətbuat
konfransında çıxışı zamanı ən yaxın müddətdə bir sıra innovativ
məhsul və xidmətlərin elan ediləcəyi ilə bağlı məlumat paylaşıb.
Tədbirdən də göründüyü kimi Bakcell yeni dövrə keçid etməklə,
abunəçilərinə innovasiyalarla dolu təcrübə yaşadacaq.





























