Advertisement

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu

Bakı. Trend:

Ötən il noyabrın 13-də PKK-nın təlimatı ilə İstanbulun İstiqlal
prospektində terror aktı törədən Əhlam Əlbəşir hakim qarşısına
çıxarılıb.

Trend xəbər verir ki, hadisə yerinə partlayıcı maddə yerləşdirən
terrorçu qadın məhkəmə tərəfindən təqsirli bilinərək 1794 il həbs
cəzasına məhkum olunub.

Həmin terror aktı ilə əlaqəli fərqli cinayətlərdə təqsirli
bilinən Fatma Berkel və Ferhat Habeş isə 1035 il həbs cəzasına
məhkum ediliblər. Məhkəməyə ümumilikdə 36 şübhəli cəlb olunub.

Xatırladaq ki, ötən il noyabrın 13-də İstanbulun Taksim meydanı
yaxınlığındakı İstiqlal prospektində törədilən terror aktı
nəticəsində 6 nəfər həlak olmuş, 99 nəfər yaralanmışdı.