
Bakı. Trend:
Azərbaycan idman gimnastı Nikita Simonov Avropa çempionatında
fəxri kürsüdə yer alıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, İtaliyanın Rimini şəhərində 36-cı dəfə
təşkil olunan turnirdə gümüş medal qazandırıb.
Halqalarda çıxış edən Nikita 14,900 bal toplayıb. Bu nəticə
Simonova karyerasında ilk Avropa medalı qazandırıb. Yunan
Elefteruos Petrunas 1-ci, türkiyəli Adil Asil 3-cü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında aprelin 28-də yekun
vurulacaq.





























