Advertisement

Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a
planlaşdırılan səfəri təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər
Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

Məlumata əsasən, qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə
salınan səfər hər iki tərəf üçün əlverişli olacaq tarixdə
reallaşacaq.

Müşavir Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam
edəcəyini deyib.