
Bakı. Trend:
Türkiyə öz kosmik gəmisinin istehsalına başlamağı
planlaşdırır.
Trend-in
məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə
görüşdə deyib.
“İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün
ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik.
İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına
başlayacağıq”, – deyə Ərdoğan bildirib.
Ərdoğan Türkiyənin ikinci təyyarədaşıyıcısının inşası planlarını
da açıqlayıb. “Biz 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin
özünün müdafiə sənayesindəki payı cəmi 20 faiz idi. İndi 80 faiz
təchizat səviyyəsinə çatmışıq və bunu 100 faizə çatmaq
niyyətindəyik. Əgər hərbi cəhətdən zəifsənsə, tərk edilmişsən. İndi
biz ikinci təyyarədaşıyan gəmimizi öz tərsanəmizdə tikəcəyik”, –
deyə Türkiyə lideri qeyd edib.
Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı bu ilin
yanvarın 19-da Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.
Onun bu həftənin sonunda Yerə qayıdacağı gözlənilir.





























