Advertisement

ABŞ-da qatar relsdən çıxaraq alovlandı

Bakı. Trend:

Arizona-Nyu Meksiko sərhədi yaxınlığında benzin və propan
daşıyan yük qatarı relsdən çıxıb.

Trend xəbər verir ki, insident nəticəsində 6 vaqon
alovlandı.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.