
Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden İordaniyada ABŞ qüvvələrinə hücumla
bağlı mümkün variantları nəzərdən keçirir.
Trend-in
məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının
strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“ABŞ liderinin dediyi kimi, biz seçdiyimiz vaxtda öz cədvəlimizə
uyğun cavab verəcəyik”, – deyə.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin İordaniyada
pilotsuz uçan aparatla vurulan bazada üç amerikalı əsgərin həlak
olması ilə bağlı başsağlığı verib.





























