Advertisement

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətini azad etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətinin
azad edilməsini həmin heyətin tabe olduğu ölkələrin səfirlik və
konsulluqlarına elan edib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn
Əmir Abdullahian portuqaliyalı həmkarı Paulo Rangellə telefon
söhbətində deyib.

İranlı nazir qeyd edib ki, humanizm prinsipi olaraq ekipaj
heyətinin azad edilməsi bizim diqqət mərkəzimizdədir.

Əmir Abdullahian bildirib ki, İran Portuqaliya ilə ikitərəfli və
uzun keçmişə malik əlaqələrin inkişaf etdirilməsində
maraqlıdır.

Qeyd edək ki, 13 apreldə İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) Fars körfəzində Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı
konteyner daşıyan gəmini ələ keçirib. Portuqaliya bayrağı altında
üzən gəminin israilli investor Eyal Oferə məxsus Zodiac şirkəti
tərəfindən idarə olunduğu bildirilir.