Advertisement

Sabah hava necə olacaq? – PROQNOZ

Bakı. Trend:

Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu
açıqlanıb.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın
yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın
temperaturu gecə 14-18°, gündüz 26-31° olacaq. Atmosfer təzyiqi
normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70
%, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə
7-12°, gündüz 18-23° olacaq.