
Bakı. Trend:
Ermənistanın Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin
Kirants kəndində keçirilən aksiyadakı hərbi formalı şəxslərin
kimliyini müəyyən etmək və yayılan məlumatı qiymətləndirmək üçün
tədbirlər görür.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat
yayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Tavuş vilayətinin Kirants
kəndində keçirilən aksiyaya hərbi formalı şəxslərin qoşulduğunu əks
etdirən videogörüntülər yayılıb.
“Ermənistanın Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etmək
cəhdlərinə adekvat hüquqi qiymət veriləcək”, – Ermənistan MN-dən
bildiriblər.
Xatırladaq ki, bir qədər əvvəl aksiyaya qoşulduqları iddia
olunan hərbçilər özləri bu məlumatı təkzib ediblər.





























