Advertisement

Fransalı forvard Mbappeyə Olimpiada qadağası

Bakı. Trend:

Fransalı forvard Kilian Mbappe Paris-2024 Yay Olimpiya
Oyunlarında iştirak etməyəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu bərədə İspaniyanın “AS” nəşri
yazıb.

Bildirilib ki, Mbappe ilə razılığa gələn “Real” ona belə şərt
qoyub. Bu, müqavilədə də öz əksini tapıb.

Artıq “Kral klubu”nun bu barədə Fransa Futbol Federasiyasına da
məlumat verdiyi, bu qadağanın klubun bütün fransalı futbolçularına
aid olduğu da bildirilib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan
avqustun 11-ə qədər keçiriləcək.