
Bakı. Trend:
Gürcüstan parlamenti gələn həftə yeni Baş nazir və hökuməti
təsdiq edəcək.
Trend xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva
Papuaşvili deyib.
Onun sözlərinə görə, hökumətdəki dəyişikliklər “Gürcü arzusu”
partiyasının oktyabrda keçiriləcək parlament seçkilərinə
həmişəkindən daha güclü daxil olmasını təmin etmək məqsədi
daşıyır.
“Gürcüstan parlament respublikasına çevrildikdən sonra ilk dəfə
olaraq Baş nazir vəzifəsinə namizəd “Avropa demokratiyaları üçün
xarakterik olan” parlamentdən irəli sürüləcək”.
Bir gün əvvəl Baş nazir İrakli Qaribaşvili seçkiqabağı dövrdə
hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi ilə
əlaqədar vəzifəsindən istefa verdiyini açıqlamışdı.
“Gürcü arzusu”nun hazırkı sədri İrakli Kobaxidze Baş nazir
olacaq.





























