Advertisement

“Nar”dan sərfəli smartfon təklifi (FOTO)

Bakı. Trend:

Müştərilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və
xidmət mərkəzlərində Xiaomi və Tecno smartfonlarının ən məhşur
modellərini təqdim edir. Qeyd edilən smartfonları nağd ödəniş və ya
BirKart ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə
edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların alıcılarına
12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir.

Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun
olaraq, müştərilər BirKart ilə ödəniş edərkən Xiaomi və ya Tecno
modellərini ayda cəmi 14,4 AZN-dən başlayaraq əldə edə bilərlər.
Təklif edilən ən sərfəli cihazın qiyməti cəmi 184.9 AZN-dir.

“Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar
üçün müxtəlif cihaz və aksessuarlar, telefon nömrələrinin satışı və
bərpası, eləcə də digər xidmətlər təklif olunur. Operatorun
müştəriyönümlük strategiyasına uyğun olaraq, “Nar” abunəçiləri bu
yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana
bilərlər.

“Nar” mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında
ətraflı məlumatı
keçidə
daxil olaraq əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.