Advertisement

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Trend-in
məlumatına görə, yarışın son günündə tatamiyə çıxan Elcan Hacıyev
(90 kiloqram) Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan
rəqiblərinə qalib gələrək qitə çempionu olub

O, finalda Kristof Totu məğlub etməklə fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.

E. Hacıyev gənclər arasında da Avropa çempionu, eləcə də iki
dəfə qitə üçüncüsü olub. O, həm də Qran-Pri və Böyük Dəbilqə
turnirlərin mükafatçısıdır.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət
Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə
gümüş medala sahib çıxıblar.