
Bakı. Trend:
ABŞ Aİ-yə Kiyevə 50 milyard avroluq yardım ayırmağı tövsiyə
edib.
Trend xəbər verir
ki, bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo “X” sosial
şəbəkəsində yazıb.
Baş nazir qeyd edib ki, bu təkliflə ABŞ-nin maliyyə naziri Canet
Yellen çıxış edib. O, Avropa İttifaqı Şurasının hazırkı sədri
Belçikaya fevralın 1-də keçiriləcək sammitdə bu yardımın
ayrılmasına razılıq istəyib.
De Kroo Canet Yellen ilə Ukraynaya dəstək və onun bərpasının
vacibliyini müzakirə etdiklərini vurğulayıb.
Bundan əvvəl 2023-cü ilin iyununda Avropa Komissiyası Ukraynaya
2027-ci ilə qədər olan dövr üçün 50 milyard avro dəyərində yardım
proqramı təklif edib, lakin Aİ ölkələri tərəfindən imtina cavabı
alıb.





























