Advertisement

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Bakı. Trend:

“Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib
saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat)
satılıb.

Trend-in
məlumatına görə, bu barədə Britaniyanın “Henry Aldridge & Son”
hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt
sterlinqə satılacağı ehtimal edilirdi.

Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord
yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1
milyon funt sterlinqə satılmışdı.