Advertisement

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

Bakı. Trend:

Mayın 8-də Fransanın Marsel şəhərində keçiriləcək Olimpiya
məşəlinin qarşılanması mərasiminə 6 min polis və jandarm cəlb
olunacaq.

Trend-in
məlumatına görə, bunu Fransanın daxili işlər naziri Jerar Darmanin
bildirib.

Nazir qeyd edib ki, təhlükəsizliyin təmin edilməsində dronlarla
mübarizə bölmələri, xüsusi təyinatlılar və sualtı qayıqlar da
iştirak edəcək.