Advertisement

Kuril adalarında 4,4 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Sakit okeanda Rusiyanın Kuril adaları yaxınlığında 4,4 bal
gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Saxalin filialı xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən
42 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 95 km dərinlikdə
yerləşib.