
Bakı. Trend:
Cəlilabad rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Göytəpə
şəhərində ümumi sahəsi 2000 m² olan mebel istehsalı sexinin tavanı
4 m² sahədə və 1 ədəd hava təmizləyici qurğu yanıb. Mebel sexi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

























