Bakı. Trend:
Böyük Britaniya öz silahlı qüvvələrini yerli istehsalı olan
hipersəs qanadlı raketlə təchiz etməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “The Telegraph” qəzeti xəbər verib.
“Müdafiə Nazirliyi israr edir ki, yeni silahlar tamamilə Böyük
Britaniyada layihəlindirilərək istehsal olunacaq və onların xidmətə
girməsi üçün 2030-cu ilə qədər son tarix müəyyən edilib”, – deyə
bildirilib.
Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu
layihəni növbəti 6 il ərzində müdafiə büdcəsinin 75 milyard funt
sterlinq artırılmasının planlaşdırılan sahələrindən biri kimi
müəyyənləşdirib.




























