
Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına
uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross
birinciliyi keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi
qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə
aparıblar.
Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəyə kross
qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Fərdi hesabda 1-ci yerə müddətli əsgər Mirsadiq Məmmədov, 2-ci
yerə gizir Tural Məmmədov, 3-cü yerə isə müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq
görülüb.
Yarışın yekununda qalib komandalar və fərdi hesabda fərqlənənlər
diplom, kubok və medallarla mükafatlandırılıblar.





























