
Bakı. Trend:
Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs
həbs edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol
Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində
yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri
etdiyinə görə “Opel” markalı avtomobilin sürücüsü C.Həsənov
saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat
vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən
edilib.
Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs
edilib.

























