Advertisement

İsral yerli sursat istehsalı üçün davamlı olaraq çalışır – İsrailin müdafiə naziri

Bakı. Trend:

İsrailin müdafiə naziri Yoav Qallant yerli sursat istehsalı üçün
davamlı olaraq işlərə davam etdiklərini açıqlayıb.

Trend-in
məlumatına görə, ölkə televiziyasının 7-ci kanalında yayımlanan
xəbərdə Qallantın İsrailin müdafiə şirkəti “Elbit Systems”in Ramat
Gan şəhərindəki fabrikini ziyarət etdiyi bildirilib.

İsrailin müdafiə naziri deyib: “Bu müharibədə öyrəndiyimiz ən
mühüm dərslərdən biri İsraildə silah və sursat istehsalının
vacibliyi idi. Biz bunu böyük ölçüdə artırmağa çalışırıq”.