Advertisement

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub

Bakı. Trend:

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən
işlək hava limanı olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Avropa Hava
Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21
aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatı dərc olunub.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta
hesabla 1 424 uçuş həyata keçirərək Avropanın ən işlək hava
limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam Schiphol, 1
306 reyslə London Hitrou hava limanı izləyib.