Advertisement

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının
qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam
etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə
kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi
iki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatına
malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi
sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.