
Bakı. Trend:
Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində
1976-ci il təvəllüdlü Sevinc Ağayevanın kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevanın həyat
yoldaşı Laçın Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.





























