
Bakı. Trend:
Ötən 30 ilin hər gününü biz vətən həsrəti ilə yaşamışıq.
Bunu Trend-ə
açıqlamasında Füzuli sakini Şirxan Muradov deyib.
Onun sözlərinə görə, Füzulini 34 yaşında tərk edib. İndi 65
yaşında doğma yurda qayıdır.
“Keşməkeşli məcburi köçkün həyatından sonra, şükürlər olsun
artıq öz yuvamıza dönürük. Bu gün biz Prezidentimizin rəhbərliyi
nəticəsində yurdumuza geri dönürük. Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin”, -deyə o bildirib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 153 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi
məskunlaşması təmin edilib.





























