
Bakı. Trend:
Rusiyanın Qaraçay-Çərkəz bölgəsində yol polisi dəstəsinə hücum
olub, 2 polis əməkdaşı ölüb.
Trend xəbər
verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.
Qeyd olunub ki, 4 polis əməkdaşı xəsarət alıb və xəstəxanaya
yerləşdirilib. Hücum edənlərdən 5 nəfər yerində məhv edilib.
Hadisə yerində bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
Rusiya Federasiyası İstintaq Komitəsi hücumla bağlı cinayət işi
açıb.





























