Advertisement

Gimnastlarımızdan “Ritam Cup”da 5 medal (FOTO)

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda bədii gimnastika üzrə keçirilən
“Ritam Cup” adlı beynəlxalq turnir başa çatıb.

Trend xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa
vurub.

Gimnastlarımızdan Sofiya Məmmədova gənclər arasında
çoxnövçülükdə ikinci, halqa və topla hərəkətlərdə üçüncü yeri
tutub.

İlona Zeynalova isə böyüklər arasında çoxnövçülük və halqa ilə
çıxışda bürünc mükafata yiyələnib.