Advertisement

Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu
Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında
iştirak edib.

Trend xəbər
verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini
qoruyub.

Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.
Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim”
bundesliqanı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16
komanda mübarizə aparıb.