Advertisement

İsveçdə yenidən Qurani-Kərim yandırıldı (VİDEO)

Bakı. Trend:

İsveçin paytaxtı Stokholm şəhərində yenidən Qurani-Kərim
yandırılıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Quranın yandırılması polis
əməkdaşlarının mühafizəsi ilə baş verib.

Müqəddəs kitabı Ceyd Sandberq adlı islamofob qadın yandırıb.

Qeyd olunub ki, Sandberq indiyədək İsveçdə dəfələrlə Quranı
yandırma aksiyası həyata keçirib. Belə ki, fevral ayının əvvəlində
Stokholmun Udenplan meydanında Quranı yandıran qadın müsəlmanları
İsveçdən qovmağa çağırıb.

Xatırladaq ki, ötən il də İsveçdə İraq səfirliyinin qarşısında
Qurani Kərim yandırılmışdı. Bu hərəkət bir çox müsəlman
ölkələrində, o cümlədən, İraqda hiddət doğurmuş, həmçinin, digər
qeyri-müsəlman dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
pislənmişdi.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun