Advertisement

“Air Astana” Bakıya reyslərin sayını artırıb

Astana. Trend:

Qazaxıstanın ən böyük aviaşirkəti olan “Air Astana” Almatıdan
Bakıya reyslərin sayını artırıb.

Trend xəbər
verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən
bildiriblər.

Beləliklə, Almatıdan Bakıya reyslərin sayı 2024-cü il üzrə
beynəlxalq reyslərin yay qrafikində həftədə 3 dəfəyədək
artırılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart
ayınadək qış qrafiki dövründə “Air Astana” şirkətlər qrupu Almatı,
Astana və Aktau şəhərlərindən Azərbaycana həftədə 7 reys həyata
keçirib.

Bunlardan həftədə iki reys Astana – Bakı – Astana, üç reys isə
Aktau – Bakı – Aktau istiqamətində “Air Astana” şirkətlər qrupuna
daxil olan “FlyArystan” aviaşirkəti tərəfindən, Almatı – Bakı –
Almatı istiqaməti üzrə həftədə iki reys “Air Astana” tərəfindən
həyata keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun