Advertisement

Angele Kudaytene, Tural Gəncəliyev və Vüqar Bayramov Aİ-nin enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər – Milli Məclis və “Baku Network”un birgə layihəsi (FOTO/VİDEO)

Bakı. Trend:

Milli Məclisin deputatları Tural Gəncəliyev, Vüqar Bayramov və
“Club Climate Europe” təhlil mərkəzinin baş katibi Angele Kudaytene
“Baku Network” platformasında Avropa İttifaqının (Aİ) enerji
təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər.

Trend xəbər
verir ki, müzakirə iştirakçıları Azərbaycanın bu istiqamətdə mühüm
rol oynadığını vurğulayıblar.

Belə ki, azərbaycanlı deputatların sözlərinə görə, Bakı
Brüsselin əsas tərəfdaşlarından biri olmaqla, üçüncü ölkələrdən Aİ
bazarlarına enerji ehtiyatlarının tədarükündə və çatdırılmasında
mühüm rol oynayır.

Müzakirə iştirakçılarının qeyd etdiyi kimi, Azərbaycanın coğrafi
mövqeyi onu həm də Mərkəzi Asiya ölkələrindən Avropaya enerji
resurslarının tranziti üçün həlledici ölkələrdən biri edir.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə
çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)