
Bakı. Trend:
Xarici maliyyə institutları ilə əlaqələrini uğurla inkişaf
etdirən TuranBank ASC Habib American Bank (HAB Bank) ilə beynəlxalq
müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsi məqsədi ilə strateji
əməkdaşlığa başlayıb.
Belə ki, əməkdaşlıq çərçivəsində TuranBank Amerika Birləşmiş
Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində
aparıcı banklarından hesab olunan HAB Bankda ABŞ dollarında müxbir
hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha
asan və sürətli həyata keçirməsini təmin edəcək.
TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq
pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar
sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin Bankın qlobal
maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış
nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank
daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də
kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub.
TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və
etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın
təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012)
935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya
sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.)
səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…



























