
Bakı. Trend:
Ödəmələrdə Azərbaycana rahatlıq və sürət gətirmək iki yaşlı
PashaPay-in yarandığı gündən bəri davam etdirdiyi missiyadır. Sürət
və rahatlığın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə
PashaPay maliyyə əməliyyatları üçün sadə və effektiv həllər təklif
edərək ön sıralardadır.
PashaPay səyahətinin ilk günlərindən innovasiya və yüksək
standartlar prinsiplərinə sadiqdir. Mövcud olduğu iki il ərzində
şirkət insanlara maliyyələrini asan və təhlükəsiz şəkildə idarə
etməyə kömək edən bir sıra məhsullar hazırlayıb və tətbiq edib.
Şirkətin ən mühüm nailiyyətlərindən birincisi ölkəmizdə
milyonlarla istifadəçinin əsl yoldaşına çevrilmiş MilliÖn ödəmə
terminallarıdır. 4300-dən çox terminalı ilə respublikanın hər
yerini əhatə etməyi hədəfləyən MilliÖn 900 növ xidmətlə hər ay
milyonlarla insanın yanındadır.
Lakin PashaPay ödəmə terminalı ilə məhdudlaşmayaraq m10 elektron
pulqabını əhalinin istifadəsinə təqdim etdi. Bu pulqabı ekrana bir
neçə toxunuşla pul qəbul etməyə, köçürmələrə və müxtəlif ödəmələrə
imkan verir. Təhlükəsiz şifrələmə və istifadəçi dostu interfeys
sayəsində istifadəçilər vəsaitlərinin təhlükəsizliyinə əmin ola və
onları istənilən vaxt, hər yerdə asanlıqla idarə edə bilərlər.
PashaPay texniki yeniliklərlə yanaşı, sosial məsuliyyət və
davamlı inkişafa da sadiqdir. Şirkət müxtəlif xeyriyyə
aksiyalarını, sosial təşəbbüsləri fəal şəkildə dəstəkləyir və
bununla daha yaxşı gələcək yaratmağa kömək edir.
Mövcud olduğu iki il ərzində PashaPay çox şeyə nail olub.
Şirkətin gələcək yolu mövcudluğunun ilk iki ili kimi həyəcanlı və
uğurlu olacağını vəd edir.
Bizi daha yaxından tanımaq istəyirsinizsə: https://pashapay.az/two_years_report_az



























